Hava Nəqliyyatında Baş Gömrük İdarəsində müşavirə keçirilib Hadisə

Hava Nəqliyyatında Baş Gömrük İdarəsində müşavirə keçirilib

Dünən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində müvəqqəti saxlanc anbarlarının avtomatlaşdırılmış idarəetmə sisteminin (VAİS-MS) tətbiqi ilə əlaqədar müşavirə keçirilib.
Müşavirədə çıxış edən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev müvəqqəti saxlanc anbarlarının avtomatlaşdırılmış idarəetmə sisteminin (VAİS-MS) tətbiqinin əhəmiyyətindən danışıb.
Malların müvəqqəti saxlanca götürülməsinə dair qeydiyyatı, sənədləşdirilməsi, anbara təhvil verilməsi, anbara qəbul edilməsi, yerləşdirilməsi və həmin mallar barəsində görülən digər bütün tədbirlərin VAİS-MS sistemi vasitəsilə həyata keçirilməsinin şəffaflığın daha da artırılmasında və malların dəqiq uçotunun aparılmasında mühüm rol oynayacağı qeyd edilib.
DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi rəisinin müavini Nüsrət Qurbanov müvəqqəti saxlanc anbarlarının avtomatlaşdırılmış idarəetmə sisteminin (VAİS-MS) iş prinsipi və sistemin tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər barədə müşavirə iştirakçılarına məlumat verib.
DGK-nın 22 may 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Gömrük-sərhəd buraxılış məntəqələrinin ərazilərində yerləşən müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkilinə dair Texnoloji Sxem"in tələbləri izah olunub və VAİS-MS sisteminin tətbiqi ilə bağlı gömrük orqanı əməkdaşlarının icra edəcəkləri vəzifələrdən danışılıb.
Sonra VAİS-MS sisteminin təqdimatı keçirilib, sistemin fəaliyyəti əyani şəkildə nümayiş etdirilib və müşavirə iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, VAİS-MS sisteminin tətbiqi DGK-nın "Gömrük-sərhəd buraxılış məntəqələrinin ərazilərində yerləşən müvəqqəti saxlanc anbarlarında "Müvəqqəti saxlanc anbarlarının avtomatlaşdırılmış idarəetmə sistemi"nin (VAİS-MS) tətbiq edilməsi haqqında" 28 sentyabr 2017-ci il tarixli sərəncamına əsasən həyata keçirilir.