BŞİH mətbuat xidmətinə yeni rəhbər təyin edilib Hadisə

BŞİH mətbuat xidmətinə yeni rəhbər təyin edilib

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri vəzifəsinə Nailə Polad qızı Məmmədova təyin olunub. Bu barədə APA-ya N.Məmmədova özü məlumat verib.
O bildirib ki, BŞİH rəhbəri Hacıbala Abutalıbovun sərəncamına əsasən dünəndən vəzifəsinin icrasına başlayıb.
Xatırladaq ki, qurumun mətbuat xidmətinin keçmiş rəhbəri Nuranə Mərdanova mayın 12-dən təqaüdə göndərilib.