14:44
245
2000-ci ildən bəri Avropanın “top-5” liqalarında ən çox titul qazanan 10 klubun siyahısı açıqlanıb.
Xarici KİV xəbər verir ki, siyahıya Almaniyanın “Bavariya” klubu başçılıq edir.
Münhen təmsilçisinin aktivində 34 titul var. İkinci pillədə 31 kubokla Fransanın PSJ klubu qərarlaşıb. İlk üçlüyü 25 titulla İspaniyanın “Barselona” klubu tamamlayır. Madrid “Real”ı isə 20 titulla dördüncü yerdədir.
İlk onluqda İtaliyanın “Yuventus” (17), İngiltərənin “Çelsi” (16), İtaliyanın “İnter” (16), İngiltərənin “Mançester Yunayted” (13) və “Mançester Siti” (12), Fransanın “Lion” (10) klubları da yer alıb.
Reytinq hazırlanarkən klubların avrokuboklarda və ölkə daxili yarışlarda qazandıqları titullar nəzərə alınıb.