Azərbaycanda daşınmaz əmlak alanlara 30 mln. manata yaxın ƏDV geri qaytarılıb İqtisadiyyat

Azərbaycanda daşınmaz əmlak alanlara 30 mln. manata yaxın ƏDV geri qaytarılıb

Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.

Dövlət Vergi Xidməti xəbər verir ki, 2026-cı ilin yanvar - oktyabr ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 29 milyon 792,3 min manat təşkil edib.