Azərbaycan mətbuatında erməni yalanları... Hadisə

Azərbaycan mətbuatında erməni yalanları...

Erməni mətbuatında yayılan məlumatlar təhlil olunmadan Azərbaycan mediasında dərc oluna bilərmi?

Bəzi hallarda erməni mətbuatında yayılan məlumatlar təhlil olunmadan Azərbaycan mediasında dərc olunur. Bu, nə qədər doğrudur? Bu sahədə yaranmış boşluq media qurumlarının diqqətini cəlb edirmi?
"Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev bildirdi ki, adıçəkilən mətbuat orqanı hər gün Ermənistanla bağlı yazılar verir: "Biz, daha çox Ermənistandakı iqtisadi vəziyyətin ağırlığı, daxili və xarici borcun artması, enerji, dəmiryolu, hava nəqliyyatı, bank-maliyyə sistemi kimi strateji sahələrin xaricilərin əlinə keçməsi, nəticədə ermənilərin ölkəni kütləvi şəkildə tərk etməsi, işğalçı siyasətin Ermənistanı Rusiyadan tamamilə asılı hala salması, beynəlxalq aləmdə nüfuzunun olmaması və s.kimi məsələlərdən yazırıq. Daha çox özlərinin dediklərinə istinad edirik ki, oxucu inansın, bilsin ki, ermənilər öz dövləti haqda nə düşünürlər. Bu dövlətin daxili və xarici siyasəti ilə bağlı təhlili yazılarımızda əsas onu vurğulayırıq ki, Ermənistanı bu vəziyyətə salan onun işğalçılıq siyasətidir".
Vətəninfo.az İnformasiya Agentliyin baş redaktoru Nahid Canbaxışlı dedi ki, ilk olaraq bir məsələni yaddan çıxarmaq olmaz ki, hazırda Azərbaycanla-Ermənistan arasında informasiya müharibəsinin ən yüksək həddə olan dövrüdür: "Təbii ki, həm Azərbaycan, eyni zamanda da Ermənistan çalışır ki, informasiya müharibəsində üstünlüyü əldə saxlasınlar. Azərbaycanın son illər bu sahədə irəliyə doğru atdığı addımlar göstərir ki, rəsmi Bakının seçdiyi taktika müsbət nəticələr verən bir taktikadır və Azərbaycan Ermənistanı həqiqətən də küncə sıxışdıra bilib. O ki, qaldı Ermənistanla bağlı müxtəlif xəbərlərin sücgəcdən keçirilmədən Azərbaycan mediasında özünə yer tapmasına, bu da təbiidir. Müəyyən sosial xəbərlər var ki, bu tip xəbərlərin verilməsində hansısa problem yoxdur. Ancaq müəyyən xəbərlər var ki, artıq o xəbərlərin yayılmasını mətbuat orqanlarının özləri müəyyənləşdirməlidirlər, bu xəbərləri verək ya yox. Burada bir milli düşüncə tərzi də lazımdır ki, o medianın sahibi-rəhbəri, xəbərlərin yayılmasında məsul olanlar-qeyd etdiyim tərzdə xəbərləri vermədən öncə yüz ölçüb bir biçməldirlər. Bu xəbərin ictimai yükü nə qədərdi və yayılan zaman xəbərin gətirəcəyi rezonans ümümmilli məsələlərə necə mənfi təsir edə bilər və s.".
Bakupost.az saytının redaktoru Yaqut Tapdıqqızı vurğuladı ki, erməni mətbuatında yayılan məlumatların Azərbaycan KİV-ində işıqlandırılmasının əleyhinədir: "İstər təhlil olunmuş, istər təhlil olunmamış. Yaxşı bilirik ki, ermənilər oz çirkin əməllərini informasiya siyasətində gerçəkləşdirirlər. Artıq bu son illər onların taktikasına çevrilib. Etiraf edək ki, informasiya siyasətində onlar öndədir. Yalanı doğru kimi sırımağı yaxşı bacarırlar. Biz bunu edə bilmirik. Çünki, xislətimizdə yoxdur. O ki, qaldı Azərbaycanla bağlı məlumatların erməni mediasında götürüb yaymağa. Buna qətiyyən yol vermək olmaz. Çünki, bu informasiyalar birmənalı şəkildə yalandır və Azərbaycanın siyasətinə zərbə vurmağa hesablanıb. Bu cür məsələlərə biganə yanaşan KİV-lər düşmən dəyirmanına su tökürlər".
Jurnalist, Qloballaşan Dünyaya İnteqrasya İctimai Birliyinin sədri İlkin Ağayev bildirodi ki, bu informasiyalar müxtəlif xarakterlidir: "Bir sıra informasiyalar var ki, onlar "no somment" olaraq tərcümə edilib yayılsa, da məqsədəuyğundur.
Məsələn, Erməmnistandakı real acınacaqlı vəziyyət, korrupsiya, işsizlik, yoxsulluq və sair məsələlərlə bağlı o qədər özləri gözəl təhlil yazıları verirlər ki, onları tərcümə edəndə, heç bir əlavə təhlilə ehtiyac qalmır. Amma bir də var ki, onların öz tarixləri, Qarabağ problemi, dünya ilə bağlı münasaibətlərinə aid yazılar. Bu yazıları isə elə-belə tərcümə edib qəzetlərimizdə vermək olmaz. Çünki bu cür yazılarda ifrat qəzrəzlər olur, Erməni ideoloji xəstəliyi bu cür yazıların hər cümləsində özünü göstərir. Onları olduğu kimi tərcümə edəndə, heç bir şərh vermədən versək, onda öz əleyhimizə olarıq. Buna görə də bu məsələdə ehtiyatlı, səriştəli və ermənilərin tarixindən, ideologiasından, bizə qarşı həyata keçirdikləri torpaq işğalı və tariximizə mədənyyətimizə qarşı olan iddalarından tam xəbərdar olmaq, onların yanlış məqamları ilə bağlı tutarlı faktlara söykənən təhlillərlə çıxış etmək lazımdır"
Sabahinfo.az saytının baş redaktoru Atif Sarıxanlı, vurğuladı ki, erməni mətbuatında dərc olunan bəzi informasiyalara tələsik istinad edərək onu geniş kütləyə çatdırmağı doğru hesab etmir: "Bəzən xəbərin sensasiya yaradacağına qapanıb onu tez işıqlandırmaq xoşagələn hal deyil. Çünki bir çox hallarda həmin məlumatlar təxribat xarakterli olur ki, onu da əvvəlcədən duymaq, təhlil etmək və dəyərləndirmək lazımdır. Bir şeyi anlamalıyıq ki, ermənilərin Azərbaycan haqqında yazdığı məlumatların demək olar ki, yüz faizi ölkəmizin əleyhinə olan informasiyalardır. Belə olan halda onları etibarlı mənbə hesab etmək olarmı? Ona görə də qarşımızdakının kim olduğunu və hansı mənbəyə istinad etdiyimizi götür-qoy etməliyik. Xüsusən hərbi sahəyə aid məlumatlara çox həssas yanaşmaq lazımdı. Müşahidələr göstərir ki, hətta bəzən mətbuat bilərəkdən, ya bilməyərəkdən erməni KİV-lərinə istinad edərək Ordumuz haqqında qeyri-dəqiq informasiyalar yayır. Əlbəttə, bu, yolverilməz haldır. O ki qaldı ikinci suala, düşünürəm ki, mediada erməni mətbuatına istinad edilərək yayılan məlumatlara həssas yanaşanlar var. Yəni hansısa informasiyanın nə məqsədlə dövriyyəyə buraxıldığını təhlil edənlər mövcuddur. Odur ki, hansı mənbəyə istinad etdiyimizi dərindən düşünməli, bu məsələyə həssaslıq nümayiş etdirməliyik".
Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə dedi ki, ermənilər daimi öz medisında çaşdırcı, dezinformasiya məlumatlar yayımlayırlar: "Ona görə erməni mediasında verilən hər məlumatin bizizm mediada tirajlanması heç də düzgün hesab olunmur. Bu ictiuami rəyi çağdımağ, hətta bəzəzm cəmiyyət erməni xofu yatmağa xidmət edir. Bu günlərdə Naxçıvanla bağlı erməni mediasında verilən məlumatlar ermənilərinin yalanını ifşa etti. Burada Azərbaycan mediasının da bir az sadəlöhv, tələsik addımlar atmasını gördük. Ermənilərin özləri dünya yaranandan yalana xidmət edir. Ona görə də erməni mediası da yalan üzərində qurulub. Erməni mediasına inanmaq sadəlövhlükdür. Ermənilər hərbi hissələrdə özlərinin öldürdükləri əsgərləri yalandan Azərbaycan hərbçilərinin adına çıxırlar. Hansı ki, bu gün erməni ordusu aclıq-səfalət icndədir. Heç bir qayda qanun yoxdur. Bunu internetdə ermənilərin özlərinin yaydıqları görüntülər sübut edir. Belə bir ordudaamı əsgərlər intihara sövq edilir. Bu və digər tipli məlumatlarda Azərbaycan KİV-ləri maksumum ehtiyatlı olmalı. Erməni medisında verilən xəbələr rus mediasında "təsdiqini" taparsa ona inanmaq olar. Belə məsələrlə məşğul olan xüsusi qurum olamlıdır. Erməni dilini bilən kadrlar bu işlə cəlb edilməldir".
Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov söylədi ki, müasir informasiya cəmiyyətində dünyada baş verən olayların, hər hansı məlumatların elektron və yazılı KİV-dən gizlədilməsi mümkünsüzdür: "Bu, müharibə şəraitində olan ölkələrə də aiddir. İndi oxucuları yeni, "isti" xəbərlər daha çox maraqlandırır. O ki, qaldı erməni mətbuatında yayılan məlumatların təhlil olunmadan Azərbaycanda işıq görməsinə, burada təəccüblü heç nə yoxdur. Erməni mətbuatının bizdən, bizim mətbuatın isə onlardan yazması başadüşüləndir. Ancaq təxribat xarakterli informasiyaların yayılmasının qarşısını almaq üçün diqqətli olmaq lazımdır. Bu hər şeydən əvvəl yüksək peşəkarlıq və vicdanlı vətəndaş mövqeyinin sayəsində ola bilər. Azərbaycan KİV-lərinin başlıca məqsədi erməni cinayətlərini ifşa edən, Ermənistanın təcavüzkar olduğunu bəyan və sübut edən məlumatların yayılmasına nail olmaqdır. Ermənilər öz yalançı təbliğatlarını yaymaq üçün qəzet, jurnal, kitab, televiziya və internetdən gen-bol istifadə edirlər. Erməni təbliğatına uyub, təxribat məqsədli məlumatları çap edən Azərbaycan KİV-ləri ehtiyatlı olmalıdırlar. Dezinforamsiyalar yaymaqla "erməni dəyirmanına su tökənlər"ə qarşı ən azından vətəndaş cəmiyyəti insitutları çıxmalıdırlar".
Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə isə diqqətə çatdırdı ki, Azərbaycan jurnalistləri hər şeydən əvvəl vətəndaşdırlar: "Ona görə də Azərbaycanın qarşılaşdığı problemi də yaxşı bilirlər. Ona görə də inanmıram ki, erməni mətbuatında Azərbaycanla bağlı olan informasiyalara ciddi nəzər yetirmədən təqdim etsinlər".

Əli