Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb Hadisə

Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb

Fevralın 21-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəkidəki regional idarəsində "İstehsal müəssisələrində qida təhlükəsizliyi sisteminin idarə edilməsində beynəlxalq təcrübə və şəxsi gigiyena qaydaları" mövzusunda təlim keçirilib. Təlim İnstitutun əməkdaşı Seymur Qafarov tərəfindən aparılıb.
Tədbirdə şəxsi gigiyena qaydaları və istehsal obyektlərində sanitar-gigiyenik normaların qorunması, qida məhsullarının çirklənməsi və zərərvericilərlə mübarizə, tibbi müayinələrin aparılması və periodik tibbi yoxlanışlara nəzarət sistemi barədə məlumatlar verilib.
Bundan başqa, iştirakçılara sahə nəzarətçisinin qida keyfiyyəti ilə bağlı gündəlik yoxlamaları, COSHH sistemi, "Spill kit" qoruyucusu, düzgün etiketlənmə və mal qonşuluğu, HACCP prinsipləri barədə zəruri informasiyalar çatdırılıb.
İnteraktiv üslübda keçirilən təlimdə iştirakçıların fikirləri dinlənilib, suallar cavablandırılıb və video materiallar təqdim olunub.
Təlimin sonunda iştirakçılara sertifikatlar verilib.
Belə tədbirlərin davamlı olaraq regionlarda da keçirilməsi nəzərdə tutulur.