Nəsimi rayonunda yanvar-fevral aylarında 8 səyyar qəbul keçirilib Hadisə

Nəsimi rayonunda yanvar-fevral aylarında 8 səyyar qəbul keçirilib

Nəsimi rayonunda 2019-cu ilin yanvar-fevral aylarında 8 səyyar qəbul keçirilib, 1100-dən artıq sakinin iştirak etdiyi qəbullarda 46 müraciət dinlənilib. Rayon İcra Hakimiyyətindən "Xalq Cəbhəsi"nə verilən məlumata görə, qaldırılan məsələlərin əksəriyyəti həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılıb. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olub.
Görüşlərdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, respublikamızda, o cümlədən Nəsimi rayonunda həyata keçirilən işlər barədə sakinlərə geniş məlumat verib, bildirib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olunub, müstəqil respublikamızın beynəlxalq nüfuzu getdikcə artıb, ölkənin sosial-mədəni və təsərrüfat infrakstrukturu tamamilə yenilənib, əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirilmiş, ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi islahatlar aparılıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, bəzi çoxməzilli binalarda məzillərin sənədləşdirilməsi və müavinətlərin artırılması ilə bağlı həyata keçirilən tədbirlər əhalinin sosial müdafiəsi istiqamətində görülən işlərin bariz nümünəsidir.