13:55
441
Ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün inteqrasiya olunmuş sistem 2027-ci ildə Litva tərəfindən formalaşdırılacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politika.lt" portalına müsahibəsində ölkənin müdafiə naziri Robertas Kaunas bildirib.
O, hava məkanına nəzarət və dronların zərərsizləşdirilməsi üzrə müxtəlif vasitələri birləşdirəcək sistemin formalaşdırılması istiqamətində işlərin tam sürətlə davam etdiyini deyib: "Layihənin yekunlaşma tarixi 2027-ci ilin sonu olaraq müəyyən edilib, lakin biz bunu ilin ortasınadək çatdırmaq istərdik".
Litva ordusunun komandanlığının və Müdafiə Nazirliyinin planına əsasən, sistem hava obyektlərinin operativ aşkar olunmasını, qərarların sürətlə qəbul edilməsini və dronların zərərsizləşdirilməsi üçün cavab tədbirlərinin işə salınmasını təmin etməlidir.
Müdafiə idarəsinin rəhbəri layihənin böyük maliyyə vəsaiti tələb etdiyini etiraf edib: "Söhbət milyardlardan gedir".
Məryəm Quliyeva