Seutada etirazçılar yerli deputatın avtomobilinə hücum ediblər Gündəm

Seutada etirazçılar yerli deputatın avtomobilinə hücum ediblər

Onlarla etirazçı Seuta parlamentinin deputatı Xuliya Ferrerasın avtomobilini daş və yumurta atəşinə tutub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, etiraz aksiyası miqrantlara humanitar yardım paylamaq niyyətini açıqlayan bir dərnək tərəfindən şəhərə gəlməsinə qarşı təşkil edilib. Etiraz iştirakçıları bərə ilə gələn avtomobillərin limandan çıxışını gözləyərək orada toplaşıblar. Ferrerasın deputatın sözügedən dərnəklə ilə heç bir əlaqəsi olmamasına baxmayaraq, toplaşanlar onun maşınını gördükdə müxtəlif əşyalar atmağa və yolunu kəsməyə cəhd göstəriblər.

Milli polis əməkdaşları müdaxilə etmək və deputatın avtomobilini müşayiət etmək məcburiyyətində qalıblar. Ən azı iki nəfər saxlanılıb. Qeyd olunur ki, insident miqrantların kütləvi axını səbəbindən Seutada artan sosial gərginlik fonunda baş verib.

Məryəm Quliyeva