11 İyun 2019 17:06
4 452
Bakı şəhəri, Zığ yolunda avtobus qəzası baş verib.
Report xəbər verir ki, 104 saylı marşrut avtobusunun qəzaya uğraması nəticəsində 4 qadın xəsarət alıb.
Onlar təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Belə ki, 43 və 34 yaşlı qadınlar Sabunçu xəstəxanasına, 50 yaşlı qadın 1 saylı Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə xəstəxanasına aparılıb.
Yaralıların hər birinə bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub.
11:10
644
20 İyul 20:52
1 071
20 İyul 20:00
1 330