11 İyul 18:36
İspaniyaya məğlubiyyətdən sonra De Bruynedən gələcəyi ilə bağlı açıqlama
Ukrayna Donetsk bölgəsində Rusiya təlim poliqonuna zərbə endirib
İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
5 Avqust 2019 17:48
2 275
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) ölkədə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsi məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlıq edir.
“AzInTelecom” MMC “Microsoft”la imzaladığı saziş çərçivəsində operator qismində bu sahədə fəaliyyət göstərir.
"Bildirmək istərdik ki, ilkin mərhələdə təhsil ocaqlarına və tələbələrə lisenziyaların paylanmasına başlanılıb. Növbəti addım olaraq, dövlət qurumlarından öncədən toplanmış lisenziya tələbatına əsaslanaraq lisenziyalar paylanılır. Qısa müddət ərzində 10-dan çox dövlət qurumuna “Microsoft Windows 10”, “Microsoft Server” və “Microsoft 365” tam ödənişsiz olaraq təqdim olunub. Bu istiqamətdə işlər daha intensiv şəkildə davam etdirilir və avqust ayının sonuna qədər bütün dövlət orqanlarının ödənişsiz lisenziyalaşdırılması planlaşdırılır"- deyə, məlumatda qeyd olunub.
Hazırda dövlət qurumları “www.govlicense.az” saytına daxil olaraq müvafiq lisenziyaları rahat şəkildə vahid pəncərədən idarə edə bilərlər. Bu da ümumilikdə ölkə üzrə proqram təminatlarından qeyri-qanuni şəkildə lisenziyasız istifadə səviyyəsinin azalmasına gətirib çıxaracaq.
11 İyul 19:21
1 036
11 İyul 16:27
1 239
11 İyul 16:02
1 211