“Hərbi əməliyyatlar Gürcüstan azərbaycanlılarını narahat edir” Hadisə

“Hərbi əməliyyatlar Gürcüstan azərbaycanlılarını narahat edir”

"Son günlər Azərbaycan və Ermənistanın qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi və çoxsaylı insan itkisinə səbəb olan hərbi əməliyyatlar Gürcüstan azərbaycanlılarını olduqca narahat edir. ATƏT-in Minsk qrupunun həmsədrləri, üzv olan ölkələr, eləcə də vasitəçilik missiyasını daşıyanlar bu məsələ ilə bağlı təcili olaraq kəskin münasibətini bildirməlidirlər. Bu gərgin vəziyyət, cəbhə bölgəsində səngərdə dayanmış əsgərlər arasında deyil, eyni zamanda Azərbaycanın dinc vətəndaşların da həlak olmasına səbəb olur. Bu isə atəşkəs dövründə riayət olunan bütün beynəlxalq prinsip və qaydaların pozulması, beynəlxalq sülh quruculuğu prosesinə ciddi təhlükə deməkdir". Bu fikirlər Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənovun yaydığı bəyanatda deyilir: "BMT-nin Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi dörd qətnamənin tələblərinə əməl olunmaması və beynəlxalq qurumların buna etinasız yanaşması işğalçı Ermənistanı təxribatlar törətməyə sövq edir. Hərbi əməliyyatların işğal olunmuş Azərbaycan ərazilərində aparılması sülh prosesinə böyük maneədir və bu beynəlxalq ictimayyət tərəfindən bu ölkəyə müvafiq sanksiyalarının tətbiq edilməsi üçün əsas verir. Biz, Gürcüstanda yaşayan azərbaycanlılar birmənalı olaraq işğal olunmuş ərazilərin qeyri-şərtsiz boşaldılmasına, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal etdikləri torpaqlarından çıxarılmasına, dünya ictimayyətinin və beynəlxalq birliyin münasibətində ikili standart prinsipindən əlçəkməsini bəyan edirik".

Əli