12:42
420
Ermənistan Azərbaycanla enerji sahəsində, o cümlədən elektrik enerjisinin ixracı və idxalı istiqamətində əməkdaşlıq edə bilər.
“Sputnik-Armenia” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinq zamanı deyib.
Onun sözlərinə görə, azərbaycanlı mütəxəssislər 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında Ermənistanda olublar. Görüşlər zamanı elektrik enerjisi xətləri, dəmir yolu, boru kəmərləri və digər infrastruktur məsələləri müzakirə edilib.
Paşinyan qeyd edib ki, iki ölkə arasında, o cümlədən elektrik enerjisinin qarşılıqlı ixracı və idxalı üzrə tərəfdaşlıq mümkündür.