“Avroviziya 2027” Bolqarıstanda keçiriləcək Mədəniyyət

“Avroviziya 2027” Bolqarıstanda keçiriləcək

71-ci “Avroviziya” Mahnı Müsabiqəsinə Bolqarıstanın Burqas şəhəri ev sahibliyi edəcək.

APA xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi (EBU) və Bolqarıstanın milli televiziyası məlumat yayıb.

Müsabiqə 15 min nəfərədək tamaşaçı tutumuna malik, 2023-cü ildə istifadəyə verilmiş çoxməqsədli “Arena Burgas”da keçiriləcək.

Müsabiqənin yarımfinalları 11 və 13 may, finalı isə 15 may tarixində baş tutacaq.