"Mançester Siti" Doku ilə müqavilə müddətini uzatdı İdman

"Mançester Siti" Doku ilə müqavilə müddətini uzatdı

Premyer Liqa təmsilçilərindən "Mançester Siti" futbolçusu Ceremi Dokunun müqaviləsinin müddətini uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı vingerin yeni sözləşməsi 2031-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Belçika millisinin üzvü 2023-cü ildən "Mançester Siti"də çıxış edir.