14:06
462
“Cənab Prezidentin Naxçıvana səfəri bu bölgənin sosial-iqtisadi inkişaf məsələlərinin və perspektivinin Azərbaycan dövlətinin, şəxsən cənab Prezidentin diqqətində olduğunu göstərdi. Onun bir neçə obyektin açılışında iştirak etməsi, Naxçıvanın inkişaf məsələləri ilə bağlı ciddi fikirlərini söyləməsi bu gün Azərbaycan cəmiyyətinin əsas müzakirə mövzularından biridir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə qeyd edib ki, cənab Prezident Azərbaycan televiziyasına müsahibəsində bölgənin inkişafı ilə bağlı fikirlərini bildirdi: “Görünən ondan ibarətdir ki, Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü və bölgələrinin inkişaf məsələlərini həmişə diqqətdə saxlayacaq. Naxçıvanın inkişafı üçün 258 milyon manatlıq vəsaitin ayrılması çox ciddi bir hadisədir. Burada həm sənaye obyektlərinin yaranması, həm infrastrukturun yenilənməsi, sosial məsələlərin həlli ilə bağlı istiqamətlərin göstərilməsi diqqət çəkən məsələdir. Sosial evlər kompleksinin, həmçinin uşaq bağçalarının tikilməsi və yolların təmir edilməsi Naxçıvanın inkişafına çox ciddi təsir edəcək. Yeni iş yerlərinin açılması, insanların sosial rifahının yaxşılaşması Naxçıvanın tək Azərbaycan üçün deyil, region, dünya üçün əhəmiyyətinin artmasına xidmət edəcək. Zəngəzur dəhlizinin açılması artıq çox ciddi bir faktora çevrilib və Azərbaycan tərəfindən bu istiqamətdə texniki məsələlər həll edilib. Dəhlizin açılması Naxçıvanı logistik mərkəzə çevirəcək. Bu gün Azərbaycanın atdığı addımlar tək bir bölgənin deyil, ümumilikdə, Azərbaycanın daha da qüdrətlənməsi deməkdir”.
Röya İsrafilova
14:38
322
12:43
504
12:43
490