Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Müdafiə Nazirliyindən ermənilərə xəbərdarlıq

Müdafiə Nazirliyindən ermənilərə xəbərdarlıq Hadisə

Müdafiə Nazirliyindən ermənilərə xəbərdarlıq

"Qarabağ səmasında düşmən təyyarələri aşkar olunacağı halda dərhal məhv ediləcək"

Erməni Silahlı Qüvvələrinin birləşmələri ötən gecə təxminən saat 00.00-dan 01.30-dək avtomat və pulemyotlardan istifadə edərək Tovuz rayonunun Əlibəyli kəndini intensiv atəşə tutub.
APA-nın bölgə müxbirinin verdiyi məlumata görə, düşmənin bu istiqamətdə atdığı güllələr hətta qonşu Yuxarı Öysüzlü kəndinə də çatıb. Məlumata görə, şiddətli atəş nəticəsində Əlibəyli kəndində bir neçə evlərin divarları və damları zədələnib.
Ermənilərin açdığı atəş rayonun Mülkülü kənd sakini, 2000-ci il təvəllüdlü İsmayılov Sərxan Əlağa oğlunun əlinə dəyib. Bundan başqa, uşaq sinəsində qəlpə yaraları da alıb.
S.İsmayılov Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Ermənilər Ağstafada da 10 yaşlı uşağı yaralayıblar. Ağstafa rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, ötən gün səhər saatlarında rayonun Köhnə Qışlaq kənd sakini, 2004-cü il təvəllüdlü Abbasov Qoşqar Teymur oğlu boyunun qəlpə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona tibbi yardım göstərilib. Uşağın vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Ağstafa rayonu istiqamətində üzbəüz mövqeləri atəşə tutublar. 10 yaşlı Qoşqar Abbasov da bu zaman qəlpə yarası alıb.
Düşmən yuxarıda qeyd olunan vaxt intervalında həmçinin Qazax istiqamətində də atəşkəs rejimini pozub. Məlumata görə, Ermənistan ordusu Qazaxın Cəfərli, Bala Cəfərli və digər sərhəd kəndlərini intensiv atəşə tutub. Qazax Rayon İH-nin Cəfərli və Bala Cəfərli kənd icra nümayəndəsi Barat Vəliyevin verdiyi xəbərə görə, ermənilərin şiddətli atəşinə daha çox Bala Cəfərli kəndi məruz qalıb. Düşmənin bu istiqamətdə iriçaplı silahlardan da istifadə etdiyi bildirilir. Kənddə bir neçə evin divarları və damları zədələnib.
Düşmən Azərbaycan ordusunun cavab atəşi ilə cəbhənin bütün istiqamətlərində susdurulub, itkilər barədə məlumat yoxdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin xəbərinə görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 99 dəfə pozulub. Erməni silahlı bölmələri dünən gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli və Ağdam kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Vozaşen, Berkaber və Paravakar, Noyemberyan rayonunun Barekamavan, Dovex və Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Kəmərli, Fərəhli, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Sarıcalı, Kəngərli, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Tərtər rayonunun Göyarx, Çaylı, Çiləbürt, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Müdafiə Nazirliyi Ağdamın Mirəşelli kəndi istiqamətində qızğın döyüşlərin getməsi və bunun nəticəsində Azərbaycan əsgərlərinin yaralanması barədə yayılan məlumatlara da münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən Ağdam istiqamətində döyüşlərin getməsi və həmin döyüşlərdə yaralıların olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: "Cəbhədə baş verənlərlə bağlı rəsmi məlumatlar Müdafiə Nazirliyinin saytında yerləşdirilir".
Qeyd edək ki, ötən gün bəzi KİV-də Ağdamın Mirəşelli kəndi istiqamətində intensiv atışmaların olduğu və nəticədə xeyli sayda Azərbaycan hərbçisinin yaralanması barədə xəbərlər yayılıb.
Müdafiə Hazirliyinin daha bir məlumatında isə Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgərinin yaralandığı qeyd olunub.
Hadisə cəbhə xəttində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Fərhad Azad oğlu Rəhimov düşmən gülləsinə tuş gəlib. Nəticədə əsgər yüngül xəsarət alıb. Hospitala yerləşdirilən əsgərin vəziyyəti normal qiymətləndirilir.
Bu arada Dağlıq Qarabağdakı separatçı rejim cəbhə xətti boyu erməni hərbi təyyarələrinin uçuşlar həyata keçirdiyi barədə məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyi (MN) ermənilərə məxsus hərbi təyyarələrinin Dağlıq Qarabağ ərazisi üzərində qoşunların təmas xətti boyunca uçuşlar həyata keçirməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Ermənistan KİV-in bununla bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və bu, məqsədyönlü dezinformasiya xarakteri daşıyır.
Müdafiə Nazirliyi bildirir ki, ölkəmizin bütün hava məkanı Hərbi Hava Qüvvələrimizin tam nəzarəti altındadır: "Beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyulduğundan bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcək. Hava sərhədlərimizi pozanlara qarşı zərbə endirmək üçün Azərbaycan Hərbi Hava Qüvvələri ən müasir vasitələrə malikdir. Belə hal baş verdikdə həmin hava hədəfləri Azərbaycan Respublikasının hərbi aviasiyası və hava hücumundan müdafiə sistemləri tərəfindən dərhal məhv ediləcək".