İdeoloji məsələləri sosial şəbəkə qəhrəmanlarının öhdəsinə buraxmaq olmaz - RƏY
“Bu, Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyinin önəmini bir daha göstərir”
Mərkəzi Bank və Dünya Bankı maliyyə sektorunun dayanıqlılığını müzakirə edib
Emin Əmrullayev Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüşüb
161 saylı tam orta məktəbin şagirdləri velosiped yarışında fərqləndilər
23 Sentyabr 2019 14:22
2 121
Milli Televiziya və Radio Şurasında Azərbaycanın iri kabel şəbəkə operatorlarının rəhbərləri ilə görüş keçirilib.
Şuradan verlən xəbərə görə, görüşdə Azərbaycanın kabel şəbəkə yayımındakı mövcud durum və bu sahədə olan problemlər, onlardan çıxış yolları qarşılıqlı diskussiya şəraitində müzakirə olunub.
MTRŞ sədri Nuşirəvan Məhərrəmov kabel şəbəkələrində bəzi xarici kanalların retranslyasiyası zamanı milli maraqlar baxımından yaranan narahatlıqlar, şəbəkə operatorlarının xidmətində olan bəzi çatışmamazlıqlar, retranslyasiya olunan kanalların sayının çox olması, onların yayımının müəlliflik hüquqları, operatorların təqdim etdikləri əlavə audiovizual xidmətlərin qeydiyyatı sahəsində olan problemlər barədə məlumat verib.
Kabel televiziyalarının nümayəndələri bu kimi problemlərin aradan qaldırılmasında səylərin birləşdirilməsi, operatorlar arasında qarşılıqlı faydalı əlaqələr baxımından kabel yayımçılarının ümumi maraqlarını qoruyan ictimai bir qurumun yaradılmasını təklif ediblər. Yaxın gələcəkdə bütün kabel və IP şəbəkə operatorlarının nümayəndələrinin iştirakı ilə belə bir qurumun yaradılması məsələsinin daha dərindən müzakirə edilməsi tövsiyə olunub.