Türkiyənin 14 vilayətində FETÖ əməliyyatı: 29 nəfər saxlanılıb Dünya

Türkiyənin 14 vilayətində FETÖ əməliyyatı: 29 nəfər saxlanılıb

Türkiyənin 14 vilayətində keçirilən irimiqyaslı əməliyyat nəticəsində FETÖ terror təşkilatının "qadın təhsil strukturu" ilə əlaqədə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Xalqcebhesi.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat İzmir prokurorluğunun koordinasiyası, terrorla mübarizə və kəşfiyyat polis bölmələrinin iştirakı ilə həyata keçirilib. Hüquq-mühafizə orqanları bu strukturun fəaliyyətində əli olduğu ehtimal edilən 32 nəfəri axtarışa verib.

Eyni vaxtda İzmir, Manisa, Qaziantep, Şanlıurfa, Kocaeli, Afyonqarahisar, Bursa, Dənizli, İsparta, Konya, Ankara, Yozqat, Antalya və Aydın vilayətlərində reydlər keçirilib.

Əməliyyat nəticəsində 29 şübhəli ələ keçirilib. Digər 3 nəfərin isə Türkiyə hüdudlarından kənarda olduğu müəyyən edilib. Saxlanılan şəxslərin yaşayış yerlərində aparılan axtarışlar zamanı xeyli sayda rəqəmsal məlumat daşıyıcısı müsadirə olunub.

Məryəm Quliyeva