12 Noyabr 16:44
Bağça müəllimlərinin sertifikasiyası başlanılır, 9000-ə yaxın şəxs iştirak edəcək
Türkiyənin 14 vilayətində FETÖ əməliyyatı: 29 nəfər saxlanılıb
DVX rəsmisi: Dövlət büdcəsinə ödənilən vergilərin 92%-dən çoxu könüllü şəkildə bəyan olunur
İranlı hakerlər ABŞ və Avropa infrastrukturuna kiberhücumları artırıblar
FHN Sumqayıtda əlilliyi olanlara xidmət göstərənlər üçün tədbir keçirib
10:51
203
İranlı hakerlər ABŞ-dəki su təchizatı sistemləri, enerji daşıyan tankerlər və Avropadakı ərzaq mağazaları da daxil olmaqla fiziki infrastruktur obyektlərinə hücumları intensivləşdiriblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Nəşr bu ilin yayından bəri həyata keçirilən və müstəntiqlərin Tehranın əli olduğundan şübhələndiyi üç kiberhücumla bağlı məlumatları təqdim edib. Ekspertlərin fikrincə, bu insidentlər İranın taktikasını dəyişdiyindən və kiberəməliyyatların getdikcə daha çox fiziki zərər vurmağa yönəldiyindən xəbər verir.
Xüsusilə, ABŞ-nin Orta Qərb bölgəsindəki kiçik bir şəhərdə yerləşən sutəmizləyici qurğunun operatorları avadanlıqların idarəetmə panellərinə girişi itiriblər. Bundan əlavə, Atlantik okeanı ilə Texasa doğru hərəkət edən enerji daşıyıcıları ilə yüklü iki tankerin bort kompüter şəbəkələrinə müdaxilə edilib. Digər bir insident isə Avropadakı ərzaq mağazalarında yerləşən yüzlərlə soyuducu qurğunu əhatə edib – burada temperatur məcburi şəkildə Farenheytlə 120 dərəcəyə (təxminən 49 °C) qədər qaldırılıb.
Kibertəhlükəsizlik xidmətlərinin nümayəndələri və müdafiə ekspertləri WSJ-yə bildiriblər ki, İran potensial hədəflərin dairəsini genişləndirir və fiziki obyektlərə təsir göstərmək üçün kiberhücumlardan getdikcə daha fəal istifadə edir. Bu fonda mütəxəssislər kiberəməliyyatlarda süni intellektin tətbiqindən də narahatlıqlarını ifadə edirlər.
"İranın hazırda etdiyi keçmiş müharibədən dərs çıxarmaqdır. Mən həmişə ondan çıxış edirəm ki, növbəti müharibədə rəqibim əvvəlkində olduğu kimi olmayacaq, o, daha da güclənəcək", – deyə İsrailin Milli Kibertəhlükəsizlik İdarəsinin rəhbəri Yosi Karadi qəzetə açıqlamasında vurğulayıb.
Nəşrin məlumatına görə, əvvəllər İran Çin, Rusiya və Şimali Koreya ilə müqayisədə texnoloji cəhətdən daha az inkişaf etmiş kibertəhdid hesab olunurdu. Lakin Tehranın son aktivliyi informasiya təhlükəsizliyi mütəxəssisləri arasında ciddi narahatlıq doğurub.
Məryəm Quliyeva