12 Noyabr 16:44
10:36
63
Rusiya-Ukrayna arasında Əbu-Dabidə iki gün davam danışıqlardan sonra əsirlərin dəyişdirilməsi barəsində razılıqdan başqa hələlik ciddi irəliləyiş görünmür. Moskvada Trampın nümayəndələri ilə davam etdiriləcək danışıqlar ciddi nəticə vəd etməsə də danışıqlar lazımdır.
Bunu ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib.
"Burada Ukraynadan çox Rusiya və ABŞ arasında enerji məsələlərinin müzakirə ediləcəyi öngörülsə də problemin gələcəyi hələ də qaranlıqdır.
Məsələnin sadə məntiqi budur ki, Rusiya üç günə bitirməyi planlaşdırdığı xüsusi əməliyyatı beş ilə yaxındır ki, əlinə-üzünə bilaşdırıb. İtkilərin sayı-hesabı yoxdur. Ölkə ərazisində artıq təhlükəsiz yer yoxdur və gündəlik infrastruktura zərbələr vurulur. Müharibənin sonu da görünmür. Hesab edirəm ki, Rusiya Ukraynaya qələbə çalmaq inadından əl çəkməli, ovçu kimi girdiyi oyunda artıq ov olduğunu anlamalıdır".
Cavid
12 Noyabr 22:32
882
12 Noyabr 22:32
875
12 Noyabr 21:09
952