Gəncədə 1000-ə yaxın layihə həyata keçiriləcək Hadisə

Gəncədə 1000-ə yaxın layihə həyata keçiriləcək

Yaxın iki il ərazində Gəncədə irili-xırdalı 1000-ə yaxın layihə icra olunacaq. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib. Onun sözlərinə görə, 2016-cı ildə Gəncənin Avropanın gənclər paytaxtı olması şəhərdə önəmli layihələrin həyata keçirilməsi zərurətini yaradıb. E. Vəliyev qeyd edib ki, artıq Gəncənin qədimiliyini saxlamaqla, 1000-ə yaxın yeni infrastruktur layihələr hazırlanıb ki, bu ildən bu layihələrin icrasına başlanılacaq. İcra başçısı bu il 180 layihənin həyata keçiriləcəyini bildirib.
"Önəmli layihələrdən Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın tikintisi, Gəncə çayının sahilində bulvarın salınması, çayın sahilində 15-ə yaxın 12-16 mərtəbəli yaşayış binalarının tikintisini göstərmək olar. Bundan başqa, şəhərin baş planına əsasən bir neçə yerdə bütün infrastrukturu olmaqla şəhərciklər salınacaq", - deyə E.Vəliyev bildirib.