9 Sentyabr 23:45
9 Sentyabr 23:12
Azərbaycanda pul baratları üzrə müsbət saldo 680 milyon dollara çatıb
Merz və Modi Aİ ilə Hindistan arasında azad ticarət sazişinin imzalanmasını dəstəklədilər
Polşada ABŞ-nin yeni daimi bazasında 5 min hərbçi yerləşdirilə bilər
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsdiyini elan edib
DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb
16:02
280
Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik münasibətləri kəsmək haqqında qərar qəbul edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Əlcəzair dövlət televiziyası məlumat yayıb.
Bəyanata əsasən, ölkə "ikitərəfli əlaqələri qorumaq üçün bütün vasitələr tükəndikdən sonra BƏƏ ilə diplomatik münasibətləri kəsmək" qərarına gəlib.
Əlcəzair və BƏƏ arasında münasibətlər daxili işlərə müdaxilə və regional təhlükəsizlik məsələlərindəki fikir ayrılıqları zəminində pisləşib. 2025-ci ilin oktyabrında respublika prezidenti Əbdülməcid Tebbun Fars körfəzi dövlətlərindən biri ilə münasibətlərin Qətər, Küveyt, Oman və Səudiyyə Ərəbistanı ilə olan əlaqələr səviyyəsində inkişaf etmədiyini bildirmiş və həmin ölkəni Əlcəzairin sabitliyinə təsir göstərmək cəhdlərində günahlandırmışdı.
Məryəm Quliyeva