9 Sentyabr 23:45
9 Sentyabr 23:12
Azərbaycanda pul baratları üzrə müsbət saldo 680 milyon dollara çatıb
Merz və Modi Aİ ilə Hindistan arasında azad ticarət sazişinin imzalanmasını dəstəklədilər
Polşada ABŞ-nin yeni daimi bazasında 5 min hərbçi yerləşdirilə bilər
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsdiyini elan edib
DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb
16:06
245
Almaniya kansleri Fridrix Merz Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı aparıb. Danışıqlar zamanı tərəflər Avropa İttifaqı ilə Hindistan arasında azad ticarət sazişinin tezliklə imzalanmasının tərəfdarı olduqlarını bildiriblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə jurnalistlərə AFR hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.
"Tərəflər Almaniya və Hindistan arasında strateji tərəfdaşlığı təsdiqlədilər, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardılar. AFR kansleri Merz və baş nazir Modi təhlükəsizlik siyasəti sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdilər. Onlar Avropa İttifaqı ilə Hindistan arasında azad ticarət sazişinin tezliklə imzalanmasını dəstəklədiklərini bəyan etdilər", — deyə Kornelius qeyd edib.
Brüssel və Yeni Dehli azad ticarət sazişi üzrə danışıqları təxminən 20 illik müzakirələrdən sonra yanvarın sonunda yekunlaşdırıblar. Sənədin mətni hazırda hüquqi uzlaşdırma mərhələsindədir. Sazişin cari ilin sonuna qədər imzalanması gözlənilir.
Məryəm Quliyeva