9 Sentyabr 23:45
9 Sentyabr 23:12
Azərbaycanda pul baratları üzrə müsbət saldo 680 milyon dollara çatıb
Merz və Modi Aİ ilə Hindistan arasında azad ticarət sazişinin imzalanmasını dəstəklədilər
Polşada ABŞ-nin yeni daimi bazasında 5 min hərbçi yerləşdirilə bilər
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsdiyini elan edib
DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb
16:04
287
Polşada Amerika qoşunlarının yeni daimi bazasında 5 min hərbi qulluqçu yerləşdiriləcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəis müavini Pavel Beyda "RMF FM" radiostansiyasının efirində bəyan edib.
"Daimi bazaya gəldikdə, söhbət 5 min hərbi qulluqçudan gedir", — deyə Beyda bildirib. Polşa müdafiə idarəsinin nümayəndəsi dəqiqləşdirib ki, məhz hansı qoşunların yerləşdiriləcəyi və dəqiq neçə bazanın — bir, yoxsa bir neçə — olacağı barədə qərar NATO səviyyəsində qəbul ediləcək.
O cümlədən qeyd edib ki, müsbət qərar qəbul edildikdən sonra bazanın özünün yaranması bir neçə il çəkə bilər. Beyda vurğulayıb ki, bazanın tikintisi ilə bağlı bütün xərcləri Polşa öz üzərinə götürəcək, xərclər isə 10 milyard zlotıdan ($2,7 milyard) çox təşkil edə bilər.
Məryəm Quliyeva