Azərbaycan hərbi nəqliyyat təyyarəsi almaq istəyir Hadisə

Azərbaycan hərbi nəqliyyat təyyarəsi almaq istəyir

Azərbaycan A-400M "Atlas" hərbi nəqliyyat təyyarəsinin alınması imkanlarını nəzərdən keçirir.
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Azərbaycan tərəfi bu təyyarənin təqdimatında iştirak edib və imkanlarını bəyənib.
Hazırda mövcud potensialın qiymətləndirilməsi və satınalma imkanları dəyərləndirilir. "Airbus Military" şirkəti tərəfindən istehsal edilən "Atlas" təyyarəsi 4 ədəd turboprop mühərrikə sahibdir.
Təyyarənin heyəti 3-4 nəfər (2 pilot), uzunluğu 43,8 metr, qanad açıqlığı 42,4 metr, maksimum qalxma ağırlığı 130 ton, sürəti 780 km/saat təşkil edir.