11 İyul 18:36
İspaniyaya məğlubiyyətdən sonra De Bruynedən gələcəyi ilə bağlı açıqlama
Ukrayna Donetsk bölgəsində Rusiya təlim poliqonuna zərbə endirib
İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
25 Noyabr 2019 15:46
1 960
Sumqayıt Apellyasiya Məhkəməsində hakim Şəmsəddin Abbasovun sədrliyi ilə deputat Rafael Cəbrayılova qarşı kredit borcu ilə bağlı işə baxılıb.
Prosesdə Rafael Cəbrayılov tərəfindən kassasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə qərar qəbul edilib.
Belə ki, Abşeron Rayon Məhkəməsi “AG Bank” ASC-nin iddiasına əsasən, R.Cəbrayılovun müxtəlif kredit müqavilələri üzrə iddiaçıya 2 milyon 222 min 232 dollar və 326 min 848 manat (ümumilikdə təxminən 4,1 milyon manat) ödəməsi barədə qətnamə çıxarıb.
Qətnamədə, həmçinin, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyindəki binalarda yerləşən mənzillərin satılaraq “AGBank” ASC-nin hesabına ödənilməsi qeyd edilib.
12 mart 2018-ci ildə çıxarılan bu qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğv edilərək, onların yenidən qiymətləndirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.
Sumqayıt Apellyasiya Məhkəməsi bu il iyunun 14-də “AG Bank” ASC-nin apellyasiya şikayətini qismən təmin edərək, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirib.
Qətnamə ilə razılaşmayan Rafael Cəbrayılov kassasiya şikayəti və kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə məhkəməyə ərizə verib. Noyabrın 19-da Rafael Cəbrayılov tərəfindən kassasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilib.
11 İyul 19:21
1 022
11 İyul 16:27
1 232
11 İyul 16:02
1 197