İspaniyaya məğlubiyyətdən sonra De Bruynedən gələcəyi ilə bağlı açıqlama
Ukrayna Donetsk bölgəsində Rusiya təlim poliqonuna zərbə endirib
İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
28 Dekabr 2019 11:26
1 869
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında akademiyanın Ümumi yığıncağı başlayıb.
Trend-in məlumatına görə, yığıncağın gündəliyinə “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”, AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsi və akademiyanın birinci vitse-prezidentlərinin seçilməsi məsələləri daxil edilib.
Yığıncaqda AMEA-nın prezidenti Ramiz Mehdiyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Təhsil naziri Ceyhun Bayramov, Baş nazirin müavini Şahin Mustafayev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin müdiri Fərəh Əliyeva və başqaları iştirak edir.