İspaniyaya məğlubiyyətdən sonra De Bruynedən gələcəyi ilə bağlı açıqlama
Ukrayna Donetsk bölgəsində Rusiya təlim poliqonuna zərbə endirib
İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
29 Mart 2020 14:13
1 960
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovun koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Bunu Report-a açıqlamasında 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov deyib.
Deputat əvvəlcə icra başçısının müavini ilə əlaqə saxladığını bildirib:
“A.Dilavərovla əlaqə saxlayan zaman bildirdi ki, icra hakimiyyətinin bütün işçiləri koronavirusla bağlı test yoxlanışından keçirilib. A.Dilavərovun test yoxlanışının nəticəsi pozitiv çıxıb”.
E.Nəsirov qeyd edib ki, hazırda icra başçısının müavini xəstəxanada karantinə alınıb:
“Amma heç bir müalicə almır. Buna səbəb A.Dilavərovun ikinci test yoxlanışının nəticəsini gözləməsidir”.
Deputat vurğulayıb ki, A.Dilavərov sağlamlığında heç bir problem olmadığını və özünü pis hiss etmədiyini də söyləyib.