Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
Polşanın BMT-dəki daimi nümayəndəsi: Bakıdakı müzakirələr son dərəcə vacibdir
Milli Hidrometeorologiya Xidməti: Bakıda yağıntının miqdarı aylıq normanın 203-279%-ni təşkil edir
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
Anaklaudia Rosbax: WUF13-də mənzil mövzusuna diqqətin yönəldilməsi çox vacibdir
“CDS Defence” Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub
8 Aprel 2020 18:43
2 352
“Bazar iqtisadiyyatında qiyməti tələb-təklif amilləri müəyyənləşdirir. Amma indi ölkədə elə situasiyadır ki, tələb və təklifə görə maskaların qiymətinin artması ehtimalı var, çünki tələb çox yüksəkdir. Amma dövlət çalışır ki, qiymət artmasın, bu səbəbdən də maskalarla bağlı optimal qiymət qalacaq”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Onun sözlərinə görə, qiymətlərlə bağlı ən yaxşı yol istehsalı artırmaqdır. Onun sözlərinə görə, yeni müəssisənin maksimal gücü gündə 200 min maska istehsal etməkdir: “Bu gün apteklərə gündəlik 450 min maska paylanır. İstehsalı artırmaq imkanı var. Evdə qalmağa əməl ediləndə, küçəyə çıxmayanda, maska və dezinfeksiya məhsullarına tələb azalar. Məsuliyyət təkcə dövlətin üzərində deyil”.