Bitkiçilik sahəsində dövlət dəstəyinin auditinin nəticələri açıqlanıb
Azərbaycanın yaşıl enerji siyasətində yeni mərhələ: “Xızı–Abşeron” KES nəyi dəyişəcək? - TƏHLİL
İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi - 2025
Ötən il 1 ton 824 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
11 Aprel 2020 19:20
3 150
“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların növbəti dəfə təhlili zamanı müəyyən edilib ki, bəzi hüquqi və fiziki şəxslər 2020-ci il 8 aprel tarixində edilmiş xəbərdarlıqdan nəticə çıxararaq, icaze.e-gov.az portalından əsassız və lüzumsuz olan 50 000-dək icazəni ləğv edib.
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bununla belə, bir sıra hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya xidmət müqaviləsi olmadan qeydə alınmış 100 000-dən çox icazənin icaze.e-gov.az portalında aktiv qalması müəyyənləşib.
Qeyd olunub ki, ötən müddət ərzində portal daha da təkmilləşdirilib, istifadəçilər üçün yeni funksional imkanlar yaradılıb, fiziki və hüquqi şəxslərə sistemə yerləşdirdikləri şəxslərlə olan hüquqi münasibətlərinin (əmək və xidmət müqaviləsi) konkret qeydiyyatını aparmağa şərait yaradılıb.
"Hüquqi şəxslərin vəzifəli şəxslərindən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən tələb olunur ki, 2020-ci il 13 aprel tarixinədək portalın yeni funksional imkanlarından istifadə edərək əvvəllər sistemə daxil etdikləri şəxslər arasından xidmət müqavilələri bağladıqları şəxslərin qeydiyyatını aparsınlar.
Hüquqi və fiziki şəxslər tərəfindən əmək müqavilələri və ya icaze.e-gov.az portalında qeydiyyatı aparılmış xidmət müqavilələri olmadan qeydə alınmış icazələr 2020-ci il 13 aprel tarixindən etibarən avtomatik rejimdə ləğv ediləcək", - deyə məlumatda bildirilib.