İctimai təhlükəsizliyin qorunmasında istifadə olunan kimyəvi vasitələrə dair tələblər müəyyənləşir Hadisə

İctimai təhlükəsizliyin qorunmasında istifadə olunan kimyəvi vasitələrə dair tələblər müəyyənləşir

İctimai təhlükəsizliyin və ictimai qaydanın qorunmasında istifadə olunan kimyəvi vasitələrə dair tələblər müəyyənləşir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin Müdafiə, Təhlükəsizlik, və korrupsiya ilə mübarizə komitəsində müzakirə edilən və plenar iclasa tövsiyə olunan “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunmasında istifadə olunan kimyəvi vasitələr insanların hissiyyat orqanlarında sürətlə qıcıqlanmaya səbəb olan və ya qarşılıqlı təsir müddəti bitdikdən sonra qısa zaman kəsiyində fiziki pozuntunun itməsinə səbəb olan, “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Konvensiyanın kimyəvi maddələr siyahısına daxil olmayan istənilən maddədir.