ƏƏSMN: 140 min işsiz şəxs üçün birdəfəlik vəsait bank filiallarına və poçt şöbələrinə köçürülüb Hadisə

ƏƏSMN: 140 min işsiz şəxs üçün birdəfəlik vəsait bank filiallarına və poçt şöbələrinə köçürülüb

İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi prosesi gündəlik davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, ödəniş edilərkən işsiz şəxslərin telefon nömrələrinə bu barədə SMS göndərilir.
Bildirilib ki, mesajda “Azərpoçt” MMC qeyd edildikdə şəxs istənilən poçt şöbəsinə, bank göstərildikdə isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edir.
Qeyd olunub ki, aprelin 9-dan işsizlər də birdəfəlik ödənişin edilməsinə başlanıb və artıq 140 min işsiz şəxs üçün birdəfəlik vəsait bank filiallarına və poçt şöbələrinə köçürülüb.