Nazir: “Düşünürük ki, müəllimlərin işə qəbulunu normal formada həyata keçirmək mümkün olacaq” Hadisə

Nazir: “Düşünürük ki, müəllimlərin işə qəbulunu normal formada həyata keçirmək mümkün olacaq”

“Yay aylarında keçirilən müəllimlərin işə qəbulu şərti olaraq 3 mərhələyə bölünür: Daimiləşmə, yerdəyişmə və işə qəbul”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, daimiləşmə ilə bağlı yalnız müsahibə mərhələsi var: “Bu prosesin yaxın zamanlarda onlayn rejimdə həyata keçirilməsi nəzərdə tutulur. Yerdəyişmə də uzun illər onlayn formada olduğu üçün adi qaydada iyun ayı ərzində aparılacaq. İşə qəbul isə iyulda olur. Hazırkı cədvələ uyğun olaraq vəziyyətin inkişafından asılı olaraq və yeni reallıqlar nəzərə alınmaqla işlərə hazırlaşırıq və düşünürük ki, yayda normal formada həyata keçirmək mümkün olacaq”.