BMT İnkişaf Proqramının rəhbəri Azərbaycana gəlir Hadisə

BMT İnkişaf Proqramının rəhbəri Azərbaycana gəlir

BMT-nin İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Klark oktyabrın 1-4-də Azərbaycanda səfərdə olacaq.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, səfərin əsas məqsədi Azərbaycanın dayanıqlı inkişafı üçün təşkilat tərəfdən yüksək səviyyədə dəstəyin verilməsi, hökumətin iqtisadi və sosial inkişaf sahələrində uğurlarını müşahidə etmək və Azərbaycanın tam hüquqlu donor icmasına qoşulması yolunda hazırlığını yoxlamaqdır. Xanım Klarkın IV Bakı Beynəlxalq Humanitar Forumda iştirakı planlaşdırılır. Səfər çərçivəsində Helen Klark yüksək rütbəli hökumət nümayəndələri, qadın siyasətçiləri, BMT-nin Azərbaycandakı İdarə Heyəti və ölkədə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərlə görüşəcək.