Metroya bomba qoyulması xəbəri yalan çıxdı Hadisə

Metroya bomba qoyulması xəbəri yalan çıxdı

FHN Bakıda metro stansiyasına bomba qoyulması ilə bağlı məlumat yayıb.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Səbail rayonu ərazisində, Bakı metropoliteninin " Sahil " stansiyasında partlayıcı qurğunun olması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin ərazidə şübhəli əşya aşkar etməyiblər.