
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Ətrafındakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə insanları xəbərdar edəcək “E-Təbib” mobil tətbiqindən istifadə bütün mobil operator istifadəçiləri üçün pulsuz olacaq.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşı Qulu İsmayılova Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
Onun sözlərinə görə, “E-Təbib” mobil tətbiqi vasitəsilə insanlar ictimai yerlərdə olarkən ətrafındakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ediləcək:
“İnsanlar ictimai yerlərdə olarkən bu barədə məlumatlar iki metr məsafədən müəyyən ediləcək. Amma bu məsafə iki metrdən çox olmamalıdır. Məlumatlar bluetooth texnologiyası əsasında təyin edəcək. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəsi olanlara (məsələn, sırada, dükanda və s.) bildiriş göndəriləcək və laboratoriya testinə dəvət ediləcək. “E-təbib” mobil tətbiq əlavəsindən istifadə zamanı internet trafiki pulsuz olacaq”.
Qeyd edək ki, tətbiqi asanlıqla telefonunuza yükləmək mümkündür. İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə “E-Tabib” və ya “E-Təbib” yazaraq smartfonunuza endirin. Tətbiqi işə salın və mobil telefon nömrənizi daxil edin. SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil edin. Bluetooth qurğusunu işə salın. “E-Təbib” tətbiqi mobil telefon nömrənizdən başqa heç bir şəxsi məlumatınızı toplamır.