Əflatun Amaşov Brüsseldə AMŞ-nin təcrübəsindən danışıb Hadisə

Əflatun Amaşov Brüsseldə AMŞ-nin təcrübəsindən danışıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının 16-cı illik toplantısı başa çatıb. Belçikanın paytaxtı Brüsseldə baş tutmuş tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli iştirak edib.
MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, ötən bir il ərzində gördüyü işlər barədə məruzə edib. Əflatun Amaşov çıxışında Şuranın şikayətləri araşdırması təcrübəsindən söz açıb, ölkəmizdə internet media sahəsindəki meyllərə və onların MŞ-nin iş prinsiplərinə təsirinə diqqət yetirib, iştirakçıların suallarını cavablandırıb. 30-dan çox ölkədən nümayəndələrin qatıldıqları toplantıda Avropada fəaliyyət göstərən Mətbuat Şuralarının özünütənzimləmə tədbirləri ətrafında müzakirələr olub, həmçinin Alyansın gələcək perspektivi, strukturunun təkmilləşdirilməsi məsələlərinə toxunulub. Növbəti belə tədbirin Avstriyada təşkili qərara alınıb.