QMİ sədrindən İran rəsmisinə etiraz Hadisə

QMİ sədrindən İran rəsmisinə etiraz

""Səhər" telekanalının adını dəyişib "Axşam" qoymaq lazımdır"

"İran televiziyaları I Qarabağ müharibəsi vaxtı Ermənistanın işğalı nəticəsində məscidlərin dağıdılmasını, talanmasını göstərmədi. Sonralar bu tendensiya dəyişdi. Amma biz qorxuruq ki, yenidən bu problemlər ola bilər".
Qafqaz MÜsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bunu QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda səfərdə olan İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami ilə görüşdə deyib.
Şeyx İranın "Səhər" televiziya kanalından narazılığını da ifadə edib. O qeyd edib ki, bu kanal Azərbaycanda qarışıqlıqlar yaratmağa cəhd edib: "İstənilən ölkədə problemlər, çatışmazlıqlar var və bunlar tədricən həll olunur. Ona görə də hər şeyin həllini, yaxşı tərəflərini göstərmək lazımdır. Qüsurları göstərəndə isə bu, düşməncəsinə formada yox, dostyana olmalıdır. Bu baxımdan da "Səhər"in adını dəyişdirib artıq "Axşam" qoymaq vaxtı çatıb".