İspaniyaya məğlubiyyətdən sonra De Bruynedən gələcəyi ilə bağlı açıqlama
Ukrayna Donetsk bölgəsində Rusiya təlim poliqonuna zərbə endirib
İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
6 İyul 2020 14:41
1 729
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) SABAH qrupları layihəsinin təcrübəsi əsasında müvəffəqiyyətlə təhsil alan istedadlı tələbələrdən ibarət xüsusi qrupların təşkili nəzərdə tutulur.
Təhsil Nazirliyindən verilən məlumata görə, məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsi, fərqli təhsil mühitinin yaradılması, savadlı və bacarıqlı tələbə yetişdirilməsindir.
Təhsil Nazirliyinin SABAH qrupları layihəsi ilə birgə əməkdaşlığa uyğun olaraq, ADBTİA-da 2020-2021-ci tədris ili üçün müstəqil şəkildə xüsusi qrupun yaradılması planlaşdırılır. İlkin olaraq “İdman menecmenti və kommunikasiya” ixtisası üzrə xüsusi seçim yolu ilə formalaşdırılan istedadlı tələbələr üçün akademiyanın müstəqil pilot qrupunun yaradılması məqsədəuyğun hesab edilib.
Müvafiq qrupların formalaşdırılması və tədrisin təşkili üçün tələbə və professor-müəllim heyətinin seçimi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.