16 İyul 2020 13:57
1 967
Son günlər sosial şəbəkələrdə saxta profillər yaradılaraq guya yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olması barədə məlumatlar yayılır.
Müdafiə Nazirliyindən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır.
Gəncə Hərbi Hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu qeyd edib. O bildirib ki, hazırda qanla əlaqədar heç bir çətinliyimiz yoxdur.
15:38
917
12:45
1 064
12:28
1 092