23 bələdiyyənin fəaliyyətində pozuntular aşkarlanıb Hadisə

23 bələdiyyənin fəaliyyətində pozuntular aşkarlanıb

Faktlarla bağlı Baş Prokurorluğa müraciət edilib
"Ədliyyə Nazirliyi bələdiyyələr ilə bağlı 3 mühüm qanun layihəsini Milli Məclisin müzakirəsinə təklif edəcək". Bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi rəisinin müavini Fazil Məmmədov Mərkəzi Seçki Komissiyasında (MSK) bu gün Dairə Seçki Komissiyalarının sədrləri üçün keçirilmiş müşavirədə deyib.
F.Məmmədov bildirib ki, həmin qanunların ikisi Prezident İlham Əliyevin təşəbbüsü ilə nəzərdə tutulub. Hələ ki qanunların üzərində iş gedir. İş qurtardıqdan sonra Milli Məclisin müzakirəsinə verəcəyik. Nazirlik olaraq yerli özünü idarətetmə orqanları ilə daim kontakdayıq deyən F.Məmmədov bildirib ki, 60 mindən çox bələdiyyə aktı hazırlamışıq: "Hər bir aktın ekspertizası mühüm işlərin həyata keçirilməsini tələb edir. Keçən il 1500-ə yaxın bələdiyyə aktı qanuna zidd olması ilə bağlı ləğv edilib. 23 bələdiyyənin fəaliyyətində mühüm pozuntular aşkar olunub. Bununla bağlı Baş Prokurorluğa müraciət edilib".