Azərbaycanda koronavirusdan sağalanların statistikası rekord sayda artdı Hadisə

Azərbaycanda koronavirusdan sağalanların statistikası rekord sayda artdı

Azərbaycanda bir gündə koronavirusdan sağalanların sayı rekord sayda artaraq 645 olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda 497 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 27 133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17 805 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib, 8 334 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 263, ötən müddət ərzində isə ümumilikdə 619 786 test aparılıb.