Qalmaqallı siyahı da Müsavatı qarışdırdı Hadisə

Qalmaqallı siyahı da Müsavatı qarışdırdı

Osman Kazımov: "Səxavət Əlisoy Müsavata böhtan atır"

Müsavat partiyasının Divan üzvü Osman Kazımov partiyadan kənarlaşdırılacaq şəxslərin siyahısını mətbuata təqdim edən Səxavət Əlisoya cavab verib.
Müsavatçı vəkil AzNews.az-a açıqlamasında bunu Səxavət Əlisoyun növbəti böhtanlarından biri olduğunu deyib: "Bu böhtandır. Belə bir siyahının olmasından məlumatsızam".
O.Kazımov onu da əlavə edib ki, Müsavat partiyasının başqanı Arif Hacılının belə bir addım atacağına inanmır: "Bu böhtan sadəcə partiya daxili gərginliyi artırmaq üçün edilir".
Xatırladaq ki, Müsavat Partiyasının üzvü Səxavət Əlisoy partiyadan çıxarılacaq şəxslərin adlarını təqdim edib.
Siyahıda Əlövsət Talışxanlı, İbrahim İbrahimli, Vurğun Əyyub, Rövşən Dəmirli, Rövşən və Məhəbbət qardaşları, Əli Rzayev, Kamil Xəlilbəyli, İsmayıl Kəsəmənli, Rüfət Əliyev və Səxavət Əlisoyun adı hallanır.