Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu Sultan Qasımovun məhkəməsi başlayıb
Sabahdan Bakıda dövlət qurumlarında dəyişkən iş qrafiki tətbiq olunacaq
13 Avqust 2020 19:55
3 185
“Əgər ümumtəhsil məktəblərində tədrisin təşkili ilə bağlı qərar verilərsə, o zaman müəyyən çərçivədə, sanitar-gigiyenik qaydalar, tələblər gözlənilməklə, müəyyən şərtlər daxilində təlim-tədris prosesi davam edə bilər”.
Bunu Təhsil İnstitutunun direktor müavini, əməkdar müəllim Ənvər Abbasov deyib. Onun sözlərinə görə, təklif olunur ki, həftədə 2 gün dərs olsun: “Yəni, həftədə ardıcıl olaraq dərs keçirilməsin. Bu zaman saatlarda ixtisar olur. Xüsusən “narıncı” zonaya daxil olan rayonlarda, məsələn, I sinif üçün 6-7 saat dərs keçirilə bilər. XI sinif üçün isə 8 saat dərs keçilə bilər. “Narıncı” zonanın “sarı” zonadan fərqi var. “Sarı” zonada isə I siniflər üçün 11-12 saat dərs keçilə bilər”.