14 Noyabr 16:16
14 Noyabr 14:16
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə iştirak edib
9 Sentyabr 2020 17:44
2 037
İnzibati Xətalar Məcəlləsinə (IXM) dəyişiklik təklif edilməsi təklif olunur.
Məcəllənin 460-cı maddəsinə (Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) dəyişiklik olunur.
Belə ki, Məcəlləyə təklif edilən dəyişikliklə icbari tibbi sığorta haqlarını ödəməkdən yayınmağa görə inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə ediləcək.
Bundan əlavə, Məcəllənin adına da dəyişiklik edilir. 460-cı maddənin adı dəyişdirlərək “Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma” olacaq.
Qanunun hazırkı varinatı isə belədir: “Az miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə – inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir.
Məcəllənin qeyd hissəsində bildirilir ki, bu maddədə “az miqdar” dedikdə, əlli min manatdan yuxarı olmayan məbləğ başa düşülür.
Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur”.