Netanyahu və Tramp arasında İranla bağlı gərgin telefon danışığı olub Dünya

Netanyahu və Tramp arasında İranla bağlı gərgin telefon danışığı olub

İsrailin baş naziri Binyamin Netanyahu həftəsonu ABŞ prezidenti Donald Trampla İrana qarşı hərbi əməliyyatların bərpa edilməsi məsələsinə dair "qeyri-adi dərəcədə mürəkkəb və gərgin" söhbət aparıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbəyə istinadən "Ynet" portalı məlumat yayıb.

Portal həmsöhbətinin sözlərindən sitat gətirərək bildirir ki, söhbət "yüksək tonda aparılan cəhənnəm mübahisəsini" xatırladıb.

Hökumət başçısının dəftərxanası "Ynet"in müvafiq sorğusunu şərh edərkən bu məlumatı təkzib edərək onu "yalan xəbərlər" adlandırıb. İsrailin yüksəkrütbəli rəsmisi portala telefon danışığı faktını təsdiqləsə də, Netanyahu və Trampın söhbətinin "heç də mürəkkəb olmadığını" bəyan edib.

Məryəm Quliyeva