Zelenski və Stubb Əbu-Dabidəki danışıqları müzakirə ediblər
10 Noyabr 14:40
10 Noyabr 14:40
10 Noyabr 14:33
10 Noyabr 13:33
08:20
273
ABŞ prezidenti Donald Trampın 20 bənddən ibarət planının həyata keçirilməsi üçün vasitəçilər Qəzza zolağının bütün ərazisində fələstinli radikal HƏMAS hərəkatının dərhal silahsızlaşdırılmasını tələb etməlidirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu bəyanat noyabrın 10-da İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi tərəfindən yayımlanıb.
"İsrail vasitəçiləri HƏMAS-dan Qəzzanın bütün ərazisində dərhal silahsızlaşdırılmağı tələb etməyə çağırır ki, prezident Trampın 20 bəndlik planı həyata keçirilə bilsin. Plana əsasən, bərpa işləri başlamazdan əvvəl HƏMAS silahsızlaşdırılmalı, Qəzza isə demilitarizasiya olunmalıdır. Bu günə qədər HƏMAS tək bir silah belə təhvil verməyib", - deyə bəyanatda bildirilir. Dəftərxanadan qeyd olunub ki, İsrail "ABŞ və Sülh Şurası ilə sıx əməkdaşlıq edir" və "prezident Trampın planının uğur qazanmasına sadiqdir".
Məryəm Quliyeva