Müsavat bölgələedə də parçalanır Hadisə

Müsavat bölgələedə də parçalanır

Üç rayon təşkilatı bəyanat yayıb

Müsavat Partiyası Biləsuvar, Masallı, Cəlilabad rayon təşkilatları üzvlərinin iştirakı ilə keçirilmiş zona müşavirəsinin bəyanatını yayıb.
Bəyanatda deyilir: "Müşavirə iştirakçıları Müsavat Partiyasının VIII qurultayının yüksək səviyyədə baş tutmasına rəğmən qurultaydan sonra bəzi qurultay nümayəndələrinin və partiya üzvlərinin seçkilərin nəticələrini şübhə altına almaq cəhdlərini əsassız və partiya maraqlarına ciddi zərbə kimi qiymətləndiririk. Biz hesab edirik ki, partiyadaxili demokratiyanın inkişaf etdirilməsi baxımından fikir plüralizminin olması təbii və çox vacibdir. Lakin bu imkanlardan qərəzli formada istifadə edib guya partiyada ciddi problemlər olduğu görüntüsü yaratmaq cəhdlərinin yolverilməz olduğu qənaətindəyik"