Azərbaycan dili: yeni çağırışlar və milli məsuliyyət
5 Noyabr 23:56
5 Noyabr 23:56
5 Noyabr 23:39
28 Sentyabr 2020 19:26
2 429
Türk Şurası baş katibi Bağdad Amreyev Azərbaycanın işğal altındakı ərazilərində yaşanan silahlı qarşıdurmalardan narahatlığını bildirib.
Bu barədə Türk Şurasının bəyanatında qeyd olunub.
“Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini bir daha vurğulayır və Ermənistan-Azərbaycan ixtilafının Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həllinin önəmini dilə gətirir.
Bu mənada, Türk Şurası 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal altındakı bütün ərazilərindən dərhal, şərtsiz və tam olaraq çəkilməyə çağırdığını xatırladır.
Baş katib qarşıdurmalarda şəhid olanlar üçün Azərbaycan xalqına başsağlığı və yaralılara şəfa diləyir”, - bəyanatda qeyd olunub.
5 Noyabr 23:50
581
5 Noyabr 15:38
1 015
5 Noyabr 12:45
1 197